Lüis Həmilton: Təhlükəsizlik avtomobili bizə çox kömək etdi

Şanxayda keçirilən formula-1 üzrə dünya çempionatının 2-ci mərhələsində “Mercedes”in sürücüsü Lüis Həmilton hamını qabaqlayıb. Allsport.az saytı xəbər verir ki, 32 yaşlı pilot karyerasında 3-cü “Böyük dəbilqəsini” qazanıb. 3-qat dünya çempionu ən yaxın izləyicisi Sebastyan Fetteli 6.25 saniyə qabaqlayıb. O, 54-cü qələbəsini belə şərh edib:

“Yarışın əvvəlində trasda şərait çətin idi. Bəzi yerlər yaş olsa da, trasın əksər hissəsi quru idi. Soft təkərlərə vaxtında keçməli idik. Təhlükəsizlik avtomobili bizə çox kömək etdi. Bu mövsüm son illərdəki ən çətin çempionluq mübarizəsini aparacağıq. Bu mübarizə təkcə Sebastyanla olmayacaq.

İlk 3 komandanın bütün sürücüləri arasında olacaq. “Ferrari” əla işlər görməyə davam edir. Sebastyan ilə 20 dövrə son həddə getdik. Bunun üçün çox darıxmışam. Fərqi artıranda da işlər asanlaşmır. Çünki arxadan sürətli bir “Ferrari” gəlir. Ümid edirəm ki, bir həftə sonra Bəhreyndə vahid lider olaram”.

Həmin kateqoriyadan