Lüis “Red Bul”a keçməyəcək

Allsport.az saytı xəbər verir ki, Lüis Həmiltonun “Mersedes” komandası ilə müqaviləsi 2023-cü ildə başa çatır. Britaniyalı pilot 2013-cü ildən “gümüşü oxlar”da çıxış edir. “Skay Nyus” kanalının müxbiri “Red Bull” komandasının rəhbəri Kristian Hornerə “7-qat dünya çempionuna komandada çıxış etməyi təklif etməyə hazırsınız” sualını ünvanlayıb. O, fikrini belə açıqlayıb:

”Lüis Həmilton böyük uğurlar qazanmış pilotdur. Hazırkı rəqibləri sırasında Formula-1 yarışlarında ona bərabər yoxdur. Buna baxmayaraq, biz öz pilotlarımızdan razıyıq. Bizim Lüis üçün bolidimiz yoxdur. Mən əminəm ki, “Mersedes” öz texniki problemlərini həll edəcək. Artıq onların yeniliklər hazırladığını eşidmişik. “Ferrari” də nəticədən razı deyil. Mübarizə indi başlayır”.

Həmin kateqoriyadan