Məşhur UFC döyüşçüsü ustad dərsi keçəcək

Bakıda səfərdə olan məşhur UFC döyüşçüsü Rafael Fiziev yerli KİV-lə görüşüb. Allsport.az saytı xəbər verir ki, 29 yaşlı idmançı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib:

“Buraya gəldiyim üçün çox şadam, Bakıda olmağı çoxdan arzulayırdım. Çox gözəl və təmiz şəhərdir, şəhərdə doğmalıq hiss etdim”.

“Ataman” ləqəbi döyüşçü səfəri çərçivəsində bu gün “Renzo Qreysi” akademiyasında ustad dərsi keçəcək.

Həmin kateqoriyadan