Məşhur velosəyyah respublika velotrekində

Xərçəng xəstəliyi ilə mübarizə aparan britaniyalı velosipedçi Lük Qrenfell-Şounun 2020-ci ilin yanvarından 30 ölkəni əhatə edəcək “Bristoldan Pekinə qədər” adlı xeyriyyə məqsədli velosiped səyahəti davam edir. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı velosəyyahın əsas məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən insanlara xəstəliklə mübarizədə inam əldə etməyə kömək olmaqdır.

Azərbaycana Gürcüstan ərazisindən daxil olan Lük Qrenfell-Şou bu gün respublika velotrekində olub və idmançılarla görüşüb. Velosipedçilərə səfərinin məqsədi barədə məlumat verən səyyah ölkəmizə səfər edənədək Odlar yurdu az məlumatlı olduğunu deyib:

“Bakı haqqında daha çox eşitmişdim. Azərbaycanın neft ölkəsi olması və Xəzər sahilində yerləşdiyini bilirdim. Hazırda burada olmaqdan çox məmnunam, ölkənizi və xalqınızın qonaqpərvərliyini çox bəyəndim”.

“Bristoldan Pekinə qədər” layihəsi Avropanın bir sıra aparıcı KİV-nin diqqətini cəlb edib və Lük Qrenfell-Şounun səyahəti haqqında sənədli film də lentə alınacaq.

Həmin kateqoriyadan