“Mətbuatla daha çox ünsiyyətdəyik”

Allsport.az saytı xəbər verir ki, Loqan Sargent ilk yarış həftə sonuna hazırlaşır. Amerikalı debütant “Uilyams” komamdasında çempionata tam hazır olduğunu açıqlayıb:

”Yeganə fərq Formula-1 yarışlarının daha geniş auditoriyaya malik olmasıdır, əks halda böyük bir fərq hiss etmirəm. İndi hazırlığın ən aktiv mərhələsindəyik. Mətbuatla daha çox ünsiyyətdəyik. Düzünü desəm testləri necə başa vurduğumuz məni qane etdi.

Bolidin idarə etməsində özümü rahat hiss edirəm. Biz gələcək inkişaf üçün yaxşı başlanğıc etmişik. Sabah trasda işin başlamasını səbirsizliklə gözləyirəm. Sınaqlar sayəsində mən özümə inamımı artırdım. Fiziki hazırlığım qaydasında olduğu üçün, gün yarım ərzində çətinlik çəkmədən 200-dən çox dövrə vurmuşam”.

Həmin kateqoriyadan