Maks Ferstappen: Ötən il ilə müqayisədə, bolid daha sürətlidir

Allsport.az saytı xəbər verir ki, “Red Bul” komandasının sürücüsü Bəhreyində mövsümüm ilk sınaq testində yaxşı təsir bağışlayır. O, ötüşməni belə qiymətləndirib:

“Məşqlərdə yaxşı gün keçirdik. Uzun məsafəni qət edəcəyimizi düşünürdük, nəticədə yürüşlərimiz qran pri kimi alındı. Bolidin trasda demək olar ki, heç bir texniki problemi yox idi. Şinlərdə dəyişikliklər var. Ötən il ilə müqayisədə, bolid daha sürətlidir.

Hələ tam qərar vermək üçün tez olsa da, sabah trasda testlərin 2-ci günündə növbəti məşqlər keçiriləcək. Biz mövsümün ilk yarışına hazırlıqlarımızı davam edirik“.

Bəhreyn qran prisi 3-5 martda keçiriləcək.

Həmin kateqoriyadan