Milli pley-offda

Albaniyanın paytaxtı Tiranada “Devis kuboku” davam edir. Allsport.az xəbər verir ki, Azərbaycanı bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir.

4-cü qrupda andorralı idmançılara qalib gələn milli komanda bu dəfə San Marino təmsilçilərindən güclü olub. Tamerlan Əzizov rəqibi Filippo Tommesanini hər iki setdə məğlub edib: 6-1, 6-4. Kənan Qasımov isə Marko De Rossi ilə qarşılaşmada qələbə qazanıb.

Millinin üzvü ilk setdə 6:7 hesabı ilə məğlub olmasına baxmayaraq, 2-ci hissədə 6:3 qalib gəlib. 3-cü hissədə isə hesab 3:0 Kənanın xeyrinə olarkən rəqib oyunu davam etdirə bilməyərək, məğlubiyyətlə barışmalı olub.

Azərbaycan seçməsi 2 turdan sonra komanda hesabında maksimal nəticə ilə qrup 1-cisi olaraq, pley-offa yüksəlib.

Həmin kateqoriyadan