- Baxış sayı: 87
- 05 Noyabr 2026 12:51
- Baxış sayı: 383
- Noyabr 09, 2026
- 0

Şosse üzrə U-23 millinin Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrənin Eql yerləşən Dünya Velosiped Mərkəzində 6 aylıq təcrübə keçməsi barədə razılıa gəlinib. Allsport.az saytı xəbər verir ki, idmançılarımız yanvarın 15-dən etibarən hazırlıqda iştirak edəcək və təşkilatın yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla öz ustalıqlarını artıracaqlar.
Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında bu təlim-məşqə cəlb edir. Azərbaycan velosiped tarixində ilk dəfə 2 təmsilçimiz eyni anda adı çəkilən idman mərkəzində ustalığını artıqmaq fürsəti qazanıb.