Nəriman Abbasov Moskvada rusiyalı döyüşçünü rinqə çıxmağa peşman edib

“Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, o, Moskvada “AMC Fight Nights”da titul döyüşündə yüngül çəkidə rusiyalı Marif Pirayevə tutarlı zərbələr endirib.

Buna tab gətirməyən rəqib 3-cü raunda çıxmaqdan imtina edib. Beləliklə, həmyerlimiz karyerasında 31-ci döyüşdən 28-ci qələbəsini qazanıb, çempion titulunu növbəti dəfə qoruyub.

Həmin kateqoriyadan