Novruz bayramı münasibəti ilə veloyürüş

Martın 19-da Bakı şəhər icra hakimiyyətinin nəqliyyat agentliyi, Bakı şəhər gənclər və idman baş idarəsi, Azərbaycan velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə paytaxtın mərkəzində velosiped yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Novruz bayramı və paytaxtda yeni velosiped zolağının istifadə verilməsi münasibətilə təşkil olunan yürüşdə 30 həvəskar iştirak edib.

Turnirin təşkilində əsas məqsəd insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olub. Veloyürüşün qalibləri dörd nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.

Yeni velosiped yollarının salınması istiqamətində işlər davam edir. Bu istiqamətdə başlanğıc kimi paytaxtın mərkəzində – Üzeyir Hacıbəyov, Puşkin, Rəşid Behbudov küçələrində yeni velosiped yolu salınıb. Artıq şəhərin mərkəzini əhatə edən 7,5 kilometr uzunluğunda velosiped yolunun 1,6 kilometri yekunlaşıb.

Həmin kateqoriyadan