VİDEO
Olimpiya hərəkatının velosiped yarışları başa çatdı

7-8-ci sinif şagirdləri arasında keçirilən “Olympic moves” layihəsi çərçivəsində Bakı şəhəri üzrə velosiped yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, respublika velotrekində keçirilən final mərhələsində 12 məktəbin komandası iştirak edib.

Yarışın yekununa əsasən, Yasamal rayonu 308 saylı orta məktəbin komandası 1-ci yerə layiq görülüb. Xətai rayonu 29 saylı məktəbin şagirdləri 2-ci, Nəsimi rayonu 111 saylı məktəbin təmsilçiləri isə 3-cü yeri tutublar.

Reqlamentə əsasən 2 ay müddətində Bakı şəhəri üzrə ümumilikdə 247 məktəbin 4000-ə yaxın şagirdi velosiped yarışlarında iştirak edib və rayondaxili seçimlərin yekunu olaraq final mərhələsinə heyəti 3 oğlan və 1 qız velosipedçidən ibarət 12 komanda vəsiqə əldə edib.

Həmin kateqoriyadan