Olimpiya lisenziyaçımız Türkiyə klubuna keçdi

Ölkəmizin şose velosipedi millisinin öncülü Elçin Əsədov Türkiyənin “Salcano Sakarya” kontinental klubuna keçib. Bununla bağlı qardaş ölkə təmsilçisi “Can Azerbaycan’dan kardeşimiz Elçin ASADOV yeni takımına hoş geldin” başlığı ilə sosial media hesablarında paylaşım edib.

2020-ci ili “Bahrain Cycling Academy” kontinental komandasının heyətində keçirən Elçin Əsədova Bəhreyn təmsilçisindən daha 1 illik müqavilə təklif edilsə də, idmançımızın olimpiya oyunlarına daha yaxşı hazırlıq şərtləri baxımından seçimi Türkiyə klubu olub.

Həmin kateqoriyadan