Ölkə çempionatında növbəti tur başlayır

Bu həftə həndbol üzrə Azərbaycan çempionatlarında I-IV yerlər uğrunda növbət oyunlar keçiriləcək.

Allsport.az xəbər verir ki, mayın 14-də saat 13:00-da qadınlardan ibarət “İdman Akademiyası” və “Qarabağ” komandaları “AHF Arena”nın meydançasına çıxacaqlar. Həmin gün saat 19:30-da isə kişilərdən ibarət “Qarabağ” və “Bakı” üz-üzə gələcək.

Mayın 17-nə daha iki oyun təyin olunub. Saat 12:00-da qadınların mübarizəsində “Kür” – “Azəryol”, 14:00-da kişilərin final mərhələsində “Azəryol” – “Kür” görüşunün startı veriləcək.

Həmin kateqoriyadan