- Baxış sayı: 31
- 20 İyul 2025 10:24
- Baxış sayı: 133
- İyul 20, 2025
- 0
Kişi və qadın həndbolçular arasında keçirilən Azərbaycan kuboku yarışına yekun vurulub.
Allsport.az xəbər verir ki, AHF arenada baş tutan final matçlarında həm kişi, həm də qadınlar arasında qaliblər müəyyənləşib.
Kişilərin final qarşılaşmasında “Bakı” və “Kür” komandaları üz-üzə gəlib. İlk hissəni 11:10 hesabı ilə öndə başa vuran Mingəçevir təmsilçisi gərgin mübarizənin sonunda üstünlüyünü qoruyaraq 20:19 hesablı qələbə ilə ölkə kubokuna sahib çıxıb.
Qadınların finalında isə “Azəryol” və “Kür” komandaları qarşılaşıb. Fasiləyə Mingəçevir təmsilçisi 1 xallıq üstünlüklə yollansa da, ikinci hissədə üstünlüyü ələ alan paytaxt klubu matçı 35:28 hesabı ilə başa vuraraq ölkə kubokunun qalibi adını qazanıb.