- Baxış sayı: 34
- 08 May 2026 15:00
- Baxış sayı: 25
- May 11, 2026
- 0

Bu gün prezident İlham Əliyev, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Allsport.az saytı xəbər verir ki, fərmana əsasən, gənclər və idman nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində hüququ ləğv edilib.
Dövlət başçısının digər fərmanı ilə bu səlahiyyət səhiyyə nazirliyinə verilib.