VİDEO
Ölkə başçısı işğaldan azad edilən bölgədə ilk idman tədbirini izlədi

İşğaldan azad edilən tarixi torpaqlarda ilk idman tədbirini Azərbaycan kanoe və avarçəkmə federasiyası təşkil edib. Allsport.az saytı xəbər verir ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsində eyni adlı su anbarında təlim-məşq toplanış və nümunəvi çıxışlar olub. Səfəri zamanı ölkə başçısı İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva gedişatı yerində izləyiblər.

Onlar öncə məlumat lövhələri ilə tanış olub. Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan bazaların yaradılacağı məkanlar prezidentə təqdim edilib. Qeyd olunub ki, yeni bazaların qurulmasında əsas məqsəd yeniyetmə və gənclər arasında bu idman növünə marağı artırmaq, kütləviliyi təmin etmək və inkişafına nail olmaqdır. 

Sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançıların avarçəkmənin akademik, kanoe və kayak növündə keçidini izləyib. Ali baş komandanın qətiyyətli tapşırıqlarına əsasən, rəşadətli ordumuzun qısa zamanda düşmən işğalından azad etdiyi Suqovuşanda təşkil olunan  xüsusi su şousu da zövq oxşayıb. Sonda Azərbaycan respublikasının üçrəngi bayrağı özünəməxsus tərzdə ucaldılıb.

Həmin kateqoriyadan