Ölkə kubokunun 1-ci mərhələsi koronavirusa görə keçirilməyəcək

Azərbaycan velosiped idmanı federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb. Allsport.az xəbər verir ki, tədbirlər koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirə salınıb.

Bundan əlavə, martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı kubokunun 1-ci mərhələsi də təxirə salınıb.

Hazırda Respublika velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Həmin kateqoriyadan