“Orxan Qazi” və “İldırım Bəyazid” veloturlardan Tokio olimpiadasına 18 xal

Türkiyənin Bursa şəhərində 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” veloturlarına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yürüşdə Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud Məmmədov və Əli Qurbanovdan ibarət heyətlə mübarizə aparan Azərbaycan yığması Tokio-2020-yə daha 18 xalı qazanıb.

Adı ilk çəkilən qoşaçarxçımız “Orxan Qazi”də (172 km) finiş xəttini 5-ci, “İldırım Bəyazid” (15,122 km) ötüşməsində 8-ci olmaqla daha 3 xala yeyişib. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək.

Həmin kateqoriyadan