Özbəkistan saytları Bakıda Avropa qran-prisi haqda nə yazıblar?

Özbəkistanın podrobno.uz və kun. uz portalları Bakıda keçiriləcək Formula-1 Avropa qran-prisi haqqında məqalələr yayıb. Allsport.az saytının məlumatına görə, yazılarda yarışının tarixi haqqında ətraflı bilgi verilir.

Bildirilir ki, paytaxtımızda təçkil olunacaq ötüşmədə maşınlar saatda 340 kilometr olmaqla altı kilometrdən çox məsafəni 51 dəfə qət etməli, 20 döngədən keçməlidir.

Yarış şəhərin mərkəzində keçiriləcək və bu da bu mühüm idman bayramına xüsusi gözəllik verəcək; Bakı şəhəri bu yarışın məhz şəhərin mərkəzində keçirildiyi üçüncü məkandır.

Həmin kateqoriyadan