Pərviz Abdullayev “Glory World Series”in qalibi oldu

Azərbaycanı, o cümlədən, “Qəbələ” və Fövqəladə Hallar Nazirliyinin İdman Klublarını beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan “Glory World Series”də rinqə çıxıb və qələbə qazanıb.

Allsport.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda baş tutan döyüşdə idmançımız mərakeşli Əziz Kallahla üz-üzə gəlib. 3 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərvizin xeyrinə qərar veriblər.

Həmin kateqoriyadan