- Baxış sayı: 37
- 03 Avqust 2026 23:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Azərbaycanı və “Qəbələ” İdman Klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib. Allsport.az xəbər verir ki, o, Rumıniyanın Sibiyu şəhərində təşkil olunan kikboksinq üzrə ACB KB 3 Grand Prix turnirində rinqə çıxıb.
72,5 kq çəki dərəcəsində çıxış edən “Kobra” ləqəbli idmançımız rumıniyalı Haris Ferizoviç ilə qarşılaşıb. 3 raund davam edən döyüşün qalibi hakimlərin qərarı ilə bəlli olub. Onların rəyinə əsasən hər 3 hissədə daha üstün olan Abdullayev bu görüşdə qələbə qazanıb.