Paytaxtda daha bir kikboks mərkəzi – “Orion” istifadəyə verildi

Bu gün Bakıda “Orion” Kikboksinq İdman Mərkəzinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə AKF-in rəhbərliyi və idman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində qeyd olunub ki, yeni mərkəzin istifadəyə verilməsi Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir. Belə mərkəzlərin istifadəyə verilməsi ölkəmizdə idmanın, o cümlədən kikboksinqin inkişafına və gənclər arasında kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.

Bildirilib ki, “Orion” Mərkəzində dərslər tanınmış idmançılar Eduard Məmmədov və Müşfiq Hüseynli tərəfindən keçiriləcək. Burada bütün yaş kateqoriyaları üzrə oğlan və qız kikboksçular ustalıqlarını artıra bilərlər.

Həmin kateqoriyadan