- Baxış sayı: 43
- 17 Sentyabr 2026 12:53
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0
Rusiya prezidenti Vladimir Putin 2018-ci il dünya çempionatının hazırlığında türk inşaatçılarının əməyindən istifadə edilə biləcəyini qeyd edib. Allsport.az xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra bunları qeyd edib:
“Biz güman edirik ki, Türkiyə şirkətlərinin təcrübəsindən idman qurğularının və infrastrukturun hazırlığında istəfadə ediləcək. Bu bizim 2018-ci il dünya çempionatını daha yaxşı qəbul etməmizə yardım göstərəcək”.
Rusiya prezidenti Türkiyə inşaat şirkətlərinin RF-də 20 ildən artıqdır ki, uğurla çalışdıqlarını vurğulayaraq , Soçi olmpiadasına hazırlıq zamanı 3 milyard dollara yaxın sifarişi icra etdiklərini də qeyd edib.