Rafael Fiziyevi udacağına inanır

Yüngül çəkidə keçmiş UFC çempionu Castin Qeyci Rafael Fiziyevlə görüşü haqda açıqlama verib.

Allsport.az xəbər verir ki, amerikalı döyüşçü UFC 313-də qarşılaşacağı azərbaycanlı rəqibini məğlub edəcəyini deyib:

“İnanıram ki, yüngül çəkidə ən yaxşı döyüşçülərdən biriyəm. Növbəti döyüşümün kim olmasının fərqi yoxdur. Rinqə çıxıb hamısını bitirəcəyəm. Həmişə olduğu kimi, əla performans göstərəcəyəm. İslam Mahaçevlə döyüşə girəcək uşaqlardan biriyəm.

Qeyci və Fiziyev arasında qarşılaşma martın 8-də baş tutacaq.

Həmin kateqoriyadan