“Red Bull” yeni bolidin təqdimatını Nyu Yorkda keçirəcək

Bu həftə Formula-1 yarışlarının yeni mövsümü qeyri-rəsmi olaraq start verəcək. Allsport.az saytı xəbər verir, dünya çempionatında çıxış edən komandalar ardıcıl olaraq təqdimatlar keçirəcək.

Yeni maşını ilk olaraq “Haas” təqdim edəcək. Hazırkı Mühəndislər kubokunun sahibi “Red Bull” fevralın 3-də Nyu Yorkda təqdimat edəcək. ABŞ-da yeni bolidin nümayişi üçün, əsas səbəb komandanın titul sponsoru olan “Oracle” ilə bağlılığıdır.

İnformasiya texnologiyalarının nəhənginin baş idarəsi Manhettendə deyil, Texasda yerləşsir. Şirkətin əsas simalarının Nyu Yorkdakı təqdimata qatılması, Britaniyadan nisbətən daha asandır.

Həmin kateqoriyadan