- Baxış sayı: 80
- 19 İyun 2026 10:23
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

Orta ağır çəkili UFC çempionu (93 kq-a qədər) Məhəmməd Ankalayev Aleks Pereyra ilə revanş görüşündə üz-üzə gələcək.
Allsport.az xəbər verir ki, rusiyalı idmançı bu barədə açıqlama verib: “Mənim cavab görüşüm üçün bir tarix var və mən artıq onu qəbul etmişəm. Ümid edirəm ki, rəqibim də bunu qəbul edəcək. Bu dəfə döyüş beş raund çəkməyəcək – mənim qonorarım saatlıq deyil”.
Pereyra ilə Ankalayev arasında ilk döyüş Las-Veqasda UFC 313 turnirində baş tutub və yekdil qərarla rusiyalının qələbəsi ilə yekunlaşıb.