- Baxış sayı: 76
- 06 Noyabr 2026 18:12
- Baxış sayı: 323
- Noyabr 09, 2026
- 0

PSJ-nin hücumçusu Osman Dembele tennis üzrə açıq Fransa çempionatının püşkatma mərasiminin iştirakçısı olacaq.
Allsport.az xəbər verir ki, mərasim mayın 22-də, Bakı vaxtı ilə saat 16:00-da baş tutacağı dəqiqləşib. Fransalı futbolçu prosedurda Fransa tennis federasiyasının prezidenti Jil Moretton və turnirin direktoru Ameli Mauresmo ilə birlikdə iştirak edəcək.
“Rolan Qarros” mayın 25-dən iyunun 8-dək keçiriləcək.