ROVM-in direktoru “Velosiped sür, hərəkətə sən də qoşul” layihəsinin əhəmiyyətindən danışıb

“”Velosiped sür, Hərəkətə sən də qoşul” layihəsi paytaxtın 15 ümumtəhsil məktəbini əhatə edib. 90-günlük aktivlik kampaniyası çərçivəsində respublika olimpiya velosiped məktəbinin təşkilatçılığı velosiped idmanı federasiyası, «Gənc Velosipedçilər» ictimai birliyi və əlil velosipedçilər klubunun dəstəyilə Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında velosiped idmanına marağı daha da artırmaq üçün «Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları » mövzusunda seminar-təlimlə Bakı şəhərinin 15 orta ümumtəhsil müəssisəsində olduq”. Allsport.az saytı xəbər verir ki, bunu ROVM-in direktoru Faiq Qurbanov deyib.

Mütəxəssisin sözünə görə, tədbir geniş miqyas alıb: “Seminarlarda 3500 yaxın şagird arasında təblığat və təşviqat işləri aparılıb. Görülən işlərin nəticəsidir ki, məktəbimizin təlim-məşqlərinə qöşulmaq istəyən şagirdlərin müraciətləri nəzərə çarpacaq dərəcədə artmışdır. Layihəmiz uğurla davam edir. 21 fevral tarıxındən Yasamal rayon məktəblərində təbliğat-təşviqat işlərinə start veriləcək. Layihənin əsas məqsədi 10.000 nəfərə yaxın tələbə, şagird və valdeynlər arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və məktəbə yeni-yeni idmançılar cəlb etməkdir. Bizə göstərdikləri dəstəyə görə Bakı şəhər iəhsil idarəsinə və məktəb rəhbərlərinə təşəkkürümüzü bildiririk”.

Həmin kateqoriyadan