- Baxış sayı: 88
- 20 Sentyabr 2026 11:46
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Rusiyanın BMX üzrə yığmasının ölkəmizdə təlim-məşqi davam edir. Allsport.az saytı xəbər verir ki, fevralın 13-dən etibarən paytaxtımızda olan qonaqlar BMX veloparkında hazırlaşırlar.
Bakıya 11-nəfərlik nümayəndə heyəti ilə gələn komanda üzvlərindən aşağı yaş qrupuna aid 5 idmançı daxili yarışlarda iştirak etmək üçün artıq Rusiyaya qayıdıb. Elit katqeoriyalı digər 4 qoşaçarxçı isə fevralın 28-dək Azərbaycanda olacaq.
Rusiya velosipedçilərini qarşıdakı aylarda Tokio yay olimpiya oyunlarına lisenziya xalları verən Avropa və dünya kuboku gözləyir.