Şəfəq Hüseynli Avropa şurası gender bərabərliyi komissiyasının vebinarında iştirak edib

Avropa şurası gender bərabərliyi komissiyasının 17-ci iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, vibinarda 2018-2023-cü illərin strategiyası, COVID-19 pandemiyasının yaratdığı böhranın qadınlar və gender bərabərliyinə təsiri və digər mövzular müzakirə edilib. 

Tədbirdə iştirak edən milli antidopinq agentliyinin direktoru, Avropa şurasının ümumdünya antidopinq agentliyi ilə iş üzrə xüsusi qitə komitəsinin gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli çıxış edib. O, bildirib ki, antidopinq sahəsində son illərdə gender bərabərliyinin təmin olunmasında tərəqqi nəzərə çarpsa da, effektiv bərabərliyin təmin edilməsi üçün fəaliyyətin gücləndirilməsinə ehtiyac var.

Yeri gəlmişkən, həmyerlimiz CAHAMA çərçivəsində “Antidopinq sahəsində gender bərabərliyinin inkişafı” layihəsinə başlayıb. Əsas məqsəd antidopinq sahəsində gender bərabərliyini dəstəkləməkdir. Bu layihənin icrası antidopinq təşkilatlarında gender balansı ilə bağlı vəziyyətin və qərarların qəbul edilməsində gender bərabərliyinin nəzərə alınma səviyyəsinin öyrənilməsinə şərait yaradacaq və qarşıya çıxan problemlərin həllinə imkan verəcək.

Həmin kateqoriyadan