Şəfəq Hüseynli monitorinq qrupunun iclasında iştirak edib

Avropa şurasının antidopinq konvensiyası üzrə monitorinq qrupunun 53-cü iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycanın qurumdakı nümayəndəsi, AMADA-nın direktoru Şəfəq Hüseynli iştirak edib.

Eyni zamanda, qrupunun insan hüquqları üzrə Ad Hoc qrupunun sədr müavini olan azərbaycanlı mütəxəssis, biz tərəfindən hazırlanan və Avropa şurasına üzv ölkələrinin iştirak etdiyi “Antidopinq icraatları zamanı insan hüquqlarının qorunması” layihəsinin icra vəziyyəti ilə bağlı hesabat xarakterli çıxış edib.

Sonra, AMADA tərəfindən hazırlanan digər bir layihə – “Antidopinq sahəsində gender bərabərliyinin inkişafı” layihəsi barədə də məlumat verib. İclasda layihənin icrası ilə bağlı Şəfəq Hüseynlinin rəhbərliyində Ad Hoc qrupunu yaradılmasına qərar verilib.

Bu layihə, 10-11 mayda ümumdünya antidopinq agentliyi üzrə xüsusi Avropa komitəsinin 53-cü (CAHAMA) görüşündə təqdim olunmuş və həmin vaxt antidopinq konvensiyası üzrə monitorinq qrupu da layihəyə qoşulmaq istəyini bildirmişdi.

Həmin kateqoriyadan