- Baxış sayı: 43
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Azərbaycan kapoeyra federasiyasının 15-illiyinə respublika birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda müxtəlif klublardan 200-ə yaxın yeniyetmə çıxış edib. 13-15 yaşlı idmançılar arasında Şahin Xurşudov bütün rəqiblərini üstələyib.
O, 44-günlük 2-ci Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş kiçik çavuş Nazir Xurşudovun oğludur. İdmançı kapoeyra idman növü ilə ilk dəfə 2021-ci ildə şəhid övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”ndə məşğul olmağa başlayıb.