Səudiyyə Ərəbistanı yarışının sıralanma turu yekunlaşıb

Allsport.az saytı xəbər verir ki, yeni mövsümün 2-ci yarışının sıralanma turu geridə qalıb.Ciddə trasında “Red Bul” pilotu Maks Ferstappen texniki problemlərə görə, mübarizədən kənarda qalıb. Onun komanda yoldaşı Serxio Peres isə ən sürətli 1:28.265 nəticə ilə hamıdan üstün olub.

Peresın yaxın rəqibi “Ferrari” komandasını təmsil edən Şarl Lekler 1.29.376 nəticə ilə 2-ci yerdə qərarlaşıb. FİA tərəfindən təyin olunmuş cəriməyə əsasən, Lekler yarışın start mərhələsində 10-xal geridə qalacaq. ”Aston Martin” pilotu Fernando Alonso isə 1.29.298 nəticə ilə 3-lüyü tamamlayıb.

Meksikalı Serxio Peres karyerasının 2-ci pouluna yüksəlib.

Həmin kateqoriyadan