Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin yeni prezidentini seçib

Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin yeni prezidentini seçib
İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin yeni prezidenti seçilib. Allsport.az saytı xəbər verir ki, İstanbulda təşkil olunan sayca 31-ci konqresdə quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə AzVİF-in 1-ci vitse-prezidenti, UEC-nin rəhbər komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıblar.
 
Bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-nin keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.
 
Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-nin rəhbər komitəsinin üzvlüyünə qəbul edilib.
 
Qeyd edək ki, burada prezident daxil olmaqla, cəmdə üvz  7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir. Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Növbəti toplantısı 2019-cu ilin martında Romada olacaq.

Həmin kateqoriyadan