Sebastyan Fettel: Bakı Şəhər Halqası adi yol deyil

“Ferrari” komandasının sürücüsü Sebastyan Fettel Azərbaycan mükafat yarışında çıxışından danışıb. Allsport.az saytı xəbər verir ki, almaniyalı pilot burada göstərdiyi ustalıqdan razıdır:

“Bakı Şəhər Halqası adi tras deyil. Toparlanmaq üçün az vaxtımız olur. Bir-iki səhv etdim, amma Bakının yolu mürəkkəb olduğundan, hamı yanlışdıq edir. İddialı rəqiblərin heç birdən zəif deyilik”.

Qeyd edək ki, Sebastyan Fettel birinci sərbəst yürüşdə öncül Maks Ferstappendən yarım saniyə geri qalaraq, 3-cü olub. İkinci sessiyada 29 yaşlı sürücü liderdən 0.253 saniyə geri qalıb, 5-ci olub. Formula1 üzrə ən gənc 4-qat dünya çempionu ikinci rəqabətdə təmiz dövrə vura bilməyib.

 

Həmin kateqoriyadan