- Baxış sayı: 70
- 22 Oktyabr 2026 22:58
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

Azərbaycan basketbol federasiyasının təşkilatçılığı ilə “B” və “C” kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.
Allsport.az xəbər verir ki, tədbir Bakı idman sarayında baş tutub.
Sentyabrın 12-də Bədri Məriç, Polad Həsənov və Yusif Qayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.
Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin “C” kateqoriyası əldə etməsi, “C” kateqoriyasına malik məşqçilərin isə “B” kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib.