Silven Andre: “Çox sağ ol, Bakı!”

“Bu mənim sevinc göz yaşlarımdır. Belə anları hər gün yaşamırıq. Çox sağ ol, Bakı! Qələbə mənim üçün önəmli idi”. Allsport.az saytı xəbər verir ki, Bu sözü Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında elit kateqoriyasında qalib adını qazanan Silven Andre söyləyib.
 
Fransalı velosipedçi ötən ilin oktyabr ayında Bakıya səfərini xatırlayaraq Dünya Sınaq Yarışında da qələbə qazandığını vurğuayıb:
“Bu dəfə üç həftə öncədən məşqlərə başladıq. Bu bizim üçün böyük təcrübə oldu. Özüm üçün ən güclü rəqib komanda yoldaşım Joris Dodeni görürdüm. Çünki bütün yarış ərzində qrupda əsas lider o idi”, deyə çempion fikirlərini tamamlayıb.

Həmin kateqoriyadan