Şimali İrlandiya – Azərbaycan matçını fransalı Kleman Turpen idarə edəcək

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya və Azərbaycan komandaları arasında oyunun hakimləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanı Fransadan olan referilərə həvalə edib.

Görüşün baş fit sahibi Kleman Turpen olacaq. Ona yan xətt hakimləri Nikolas Danosla Siril Qrinqor kömək edəcək. Dördüncü ədalət təmsilçisi funksiyasını Frank Şnayder yerinə yetirəcək.

Xatırladaq ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 11-də Belfastdakı “Uindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Həmin kateqoriyadan