Soydaşımız Nikolayev merindən təşəkkür məktubu alıb

Ukrayna Nikolayevində yaşayan soydaşımız Ramil Ağabəyov, şəhər meri Aleksandr Senkeviç tərəfindən müharibə illərində yerli sakinlərinin su təchizatında şəxsi töhfəsinə görə, təşəkkür məktubu alıb.

Allsport.az saytı xəbər verir ki, Nikolayev radasının deputatı (“Sluqa naroda” fraksiyası) peşəkar kikboksçudur. Onun son uğuru bu il Xorvatiyada VAKO versiyası üzrə keçirilmiş Avropa kubokunda qazandığı qızıl medaldır.

Rusiyanın məlum hücumundan sonra könüllü Ukraynanın müdafiəsinə qalxan soydaşımız, atası Zaur Ağabəyovla çiyin-çiyinə şücaət göstərməkdədir. Bu xidmətlərinə görə ailə dəfələrlə hökumət tərəfindən fəxri fərman və mükafatlara layiq görülüblər.

Həmin kateqoriyadan