Şumaxer də məşqlərə qatılıb

Yeni mövsümdə Mik “Mersedes” komandasının test sürücüsü kimi çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, gənc pilot maşının oturacaqını yoxlamaq üçün Breklidə yerləşən bazaya təşrif buyurub. Mövsüm öncəsi ənənəvi hazırlıqlar çempionatda mübarizə aparan komandalar üçün mühüm rol oyanyır. “Mersedes”in əsas sürücüləri Lüis Həmilton və Corc Rasseli əvəz etmək zəruriyyəti yarana bilər.

Mik bunun öhtəsindən layiqi gəlmək üçün bütün qran prilərdə iştirak edəcək. Gənc Şumaxerin məşqlər zamanı güləriz fotoları sosial şəbəkələrdə nəzərdən qaçmayıb. 8-qat Mühəndislər kubokunun sahibi fevralın 15-də Silverstounda yeni W14-bolidinin rəsmi təqdimatını keçirəcək.

Həmin kateqoriyadan