- Baxış sayı: 68
- 06 Avqust 2026 22:07
- Baxış sayı: 66
- Avqust 10, 2026
- 0

AMADA Sumqayıtda azyaşlı və yeniyetmə idmançılar üçün “Antidopinq dəyərləri” adlı seminar keçirib. Allsport.az saytı xəbər verir ki, məşğələdə boks, sambo, güləş və cüdo idman növləri üzrə gənclər qatılıblar. İdmançılara dopinq nəzarəti, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında təqdimat edilib.
Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən iştirakçılar daha sonra ÜADA-nın onlayn antidopinq testi vasitəsilə öz biliklərini yoxlayıblar. Suallara düzgün cavab verən iştirakçılara üzərində AMADA-nın “Təmiz idman” şüarı olan xatirə hədiyyələri verilib.