“Synergy Baku” Serbiya turunun ən yaxşısı oldu

Ölkəmizin “Synergy Baku” kontinental komandası 2.2 kateqoriyalı “Tour de Serbia” yarışını uğurlu nəticə ilə başa vurub. Allsport.az saytı xəbər verir ki, 21 kollektivin iştirak etdiyi yarışda “Synergy Baku” həm komanda hesabında çempion olub, həm də velosipedçimiz Matey Müqerli ümumi təsnifatın qalibi adını qazanıb.

Yarışın 3-cü mərhələsinin qalibi olmaqla ümumi təsnifatda liderliyə yüksələn Matey Müqerli bu üstünlüyünü sonadək qoruyub və bununla da “Tour of Serbia”nın ən yaxşı velosipedçisi üçün nəzərdə tutulan “sarı köynəyi” qazanıb. Yeri gəlmişkən, ümumi təsnifatda “Synergy Baku”nun digər üzvü Matiya Kvasina 3-cü olub.

Komanda hesabına gəlincə, “Synergy Baku” mövsümdə 3-cü çempionluq sevinci yaşayıb. Apreldə “Tour of Croatia”, mayda isə “Tour d’Azerbaïdjan” yarışlarından sonra Serbiya Turu da komandamızın birinci yeri tutması ilə yadda qalıb.

Həmin kateqoriyadan