- Baxış sayı: 51
- 08 İyul 2026 23:52
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

Lənkəranda keçirilən 5-ci “YAŞAT” düşərgəsinin üçüncü həftəsi davam edir.
Allsport.az xəbər verir ki, 10–13 yaşlı 53 şəhid övladının qatıldığı həftə çərçivəsində müxtəlif ustad dərsləri təşkil olunur.
Azərbaycan güləş federasiyasının dəstəyi ilə keçirilən növbəti görüşdə Avropa və dünya mükafatçısı Taleh Məmmədov uşaqlarla bir araya gəlib.
Görüş zamanı tanınmış güləşçi idman yolundan, qazandığı uğurlardan və şəxsi təcrübəsindən danışıb. Uşaqlar onunla ünsiyyət quraraq maraqlandıqları suallara cavab alıb, eyni zamanda müxtəlif idman bacarıqları üzrə praktiki biliklər əldə ediblər.
Hər il təşkil olunan “YAŞAT” düşərgəsində bu il ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulub.