- Baxış sayı: 32
- 19 Aprel 2024 10:40
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
Stronqmen üzrə beynəlxalq Tiflis qran-prisi keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirdə Gürcüstan, Azərbaycan, Almaniya, Estoniya, Latviya, İran və İsraildən 50-dən artıq idmançi gücünü sınayıb. Bizdən Rövşən Xəlilov (80 kq) bütün rəqibləri üstələyib.
+105 kq-da Aydın Hümbətov da 1-ci olub. O, həmçinin mütləq çempion adını qazanıb. Digər təmsilçimiz Nicat Hüseynov (105 kq) 5-ci yer tutub.
Millinin çıxışını yüksək qiymətləndirən Azərbaycan stronqmen federasiyasının prezidenti Bəxtiyar Quliyev qarşıda milli komandamızı ciddi və mötəbər yarışların gözlədiyini deyib:
“Hazırda idmançılarımız həmin yarışlara hazırlaşırlar. Ümid edirəm ki, təmsilçilərimiz uğurlu çıxışlarını davam etdirib, ölkəmizi layiqincə təmsil edəcəklər”.