- Baxış sayı: 345
- 11 İyul 2025 12:59
- Baxış sayı: 169
- İyul 20, 2025
- 0
Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” tennis turnirinə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycanı bu bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir.
Mübarizənin ilk günü idmançılar üçün uğurlu olub. Komanda andorralı rəqiblərinə qalib gəlib. Tamerlan Əzizov Erik Servos Noqeri 6-1, 6-3 hesabilə məğlub edib. Kənan Qasımov da Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub: 6-1, 6-0.
Milli tennisçilər qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov – Kənan Qasımov cütü, Servos Noqer-Damyen Jelaber duetindən üstün olub: 6-2,6-4.