Tokio olimpiadasına daha 25 xal

Mərakeşdə 1.2 kateqoriyalı “Challenge du Prince” silsilə yarışları başa çatıb. Allsport.az saytı xəbər verir ki, Afrikaya Eçin Əsədov, Mahmud Məmmədov, Mikayıl Səfərli və Orxan Məmmədovdan ibarət heyətlə yollanan yığmamız Tokio-2020-yə daha 58 lisenziya xalı qazanıb.

Silsilə yarışlara iyulun 22-də “Trophée Princier” turunda 9-cu olaraq 3 xal qazanmaqla başlayan Elçin Əsədov 2 gün sonra “Trophée de l’Anniversaire”də 2-ci yeri tutub və daha 30 reytinq xalına yiyələnib.

Komandamız iyulun 25-də sonuncu birgünlük yarış – “Trophée de la Maison Royale” turunu da uğurla başa vurub. Belə ki, 140 km məsafəni 3 saat, 4 dəqiqə, 50 saniyəyə 13 nəfərlik qrupda bitirən Elçin fotofinişə əsasən fəxri kürsün 3-cü pilləsinə qalxıb və 25 xal götürüb.

Qeyd edək ki, beynəlxalq velosipedçilər ittifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

Həmin kateqoriyadan