“Tour d’Azerbaïdjan-2016” veloyürüşü 4-cü mərhələdə

2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün 4-cü mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan bugünkü yarış Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb.

Velosipedçilər 115,3 kilometr məsafə qət etdikdən sonra finiş xəttini Vergilər Nazirliyinin Pirquluda yerləşən Tədris Mərkəzi qarşısında başa vuracaqlar.

Yürüşdə 19 ölkədən 21 komanda iştirak edir. İştirakçılar sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

Həmin kateqoriyadan