- Baxış sayı: 58
- 03 İyun 2025 16:46
- Baxış sayı: 74
- İyun 17, 2025
- 0
Azərbaycan milli antidopinq agentliyi (AMADA), triatlon federasiyasının idmançıları və məşqçiləri üçün maarifləndirmə seminarı təşkil edib.
Allsport.az saytı xəbər verir ki, əsas məqsəd, iştirakçıları dopinqin zərərləri, antidopinq qaydaları və təmiz idmanın əhəmiyyəti barədə məlumatlandırmaq olub. Tədbir zamanı iştirakçılara antidopinq qayda pozuntularının növləri, onların hüquqi nəticələri və qarşısının alınması yolları barədə geniş məlumat verilib.
Tədbirdə antidopinq məcəlləsinin əsas prinsipləri, idmançının hüquq və öhdəlikləri, dopinq nəzarəti prosesi və məlumatların qorunması qaydaları diqqətə çatdırılıb. Həmçinin iştirakçılar terapevtik istifadə üçün istisnalar, Ümumdünya antidopinq agentliyi (ÜADA) tərəfindən müəyyən edilmiş qadağan edilmiş maddələrin siyahısı ilə də tanış olublar.
Bundan əlavə, idmançılar seminar müddətində sorğular vasitəsilə antidopinq sahəsində olan biliklərini yoxlayıblar. Məşğələnin sonunda sağlam həyat tərzinin təşviqi, təmiz və ədalətli idmanın idmançılar və cəmiyyət üçün vacibliyi bir daha vurğulanıb.