Tural Cavadov: “RM” klubunda 10-dan çox idman növündə məşqlər keçiriləcək

Bakıda “RM” idman klubunun yeni bazasının açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə məşqçisi Tural Cavadov fəaliyyət haqqında geniş məlumat verib:

“Yeniyetmə və gənclər arasında kikboksinq idman növünün təbliği, həmçinin bu idman növünə olan marağın daha da artırılması və  inkişaf etdirilməsi məqsədilə yaradılan klubun 100-dən çox üzvü var.

Yeni dizayn olunmuş zalda müxtəlif turnirlər, yarışların keçirilməsi planlaşdırılır. Bununla yanaşı peşəkar məşqçilər kikboksinq, kunqfu sanda, muaytay, MMA, Braziliya cuicutsi, taekvondo, boks, yoqa, kiokşin  və karate növlərindən dərslər keçəcək”.

Həmin kateqoriyadan