Türkiyədə 7 kikboksçumuz finalda

Antalyada kikboks üzrə Avropa çempionatında 7 milli üzvü finala çıxıb. Allsport.az saytı xəbər verir ki, lou kikdə Nihad Tağızadə (51 kq), Elvin Məmmədov (54 kq) Anar Məmmədov (57 kq) və Amin Quliyev (60 kq) qızıl medal üçün mübarizə aparacaqlar.

Həmçinin, full kontaktda Amil Məmmədov (51 kq), Məhəmməd İmanov (57 kq) və K-1-də Elvin Qasımov (51 kq) final görüşləri keçirəcəklər.

Bundan başqa, lou kikdə Elcan Alkişiyev (81 kq), Orxan Məlikov (91 kq), full kontaktda Camal Məmmədov (60 kq), Fərid Ağamoğlanov (63,5 kq), K-1-də Vüsal Kazımov (54 kq), Elxan Əliyev (75 kq), Bəhram Rəcəbzadə (+91 kq), eləcə də veteranlarda Fuad Seyidov bürünc medal qazanıblar. Adı son çəkilən təmsilçimiz həm point fightingdə, həm də light kontaktda bu uğura nail olub.

Finallar 18-19 noyabrda keçiriləcək.

Həmin kateqoriyadan